Dünyada əmək miqrantlarının sayı açıqlanıb

Dünyada əmək miqrantlarının sayı açıqlanıb

17 Dekabr 12:24
Bəyəndim (2) Bəyənmədim (0)

Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatına görə, miqrant işçilər 2022-ci ilin sonuna qlobal işçi qüvvəsinin 4,7%-ni təşkil edib. Bu barədə “Gazeta.ru” xəbər verir.

Təşkilatın məlumatına görə, 2022-ci ildə əmək miqrantlarının sayı 167,7 milyon nəfərə çatıb (onlardan 102,7 milyon miqrant kişilər, 64,9 milyonu isə qadınlardır). 2013-cü illə müqayisədə bu rəqəm 30 milyon artmışdır.

Miqrantların demək olar ki, 70%-i yüksək gəlirli ölkələrdə, 17,4%-i isə yuxarı-orta gəlirli ölkələrdə məskunlaşıb. Əksər hallarda əmək miqrantları Şimali, Cənubi və Qərbi Avropa, Şimali Amerika və ərəb dövlətlərində yerləşiblər.

Çərşənbə axşamı Almaniyanın keçmiş kansleri, 2005-2021-ci illərdə bu vəzifədə olmuş Angela Merkel Avropanın daxili sərhədlərinin bağlanmasının qeyri-qanuni miqrasiya probleminin həlli olmadığı fikrini bildirib.

Keçən həftə Avropa Komissiyasının Polşa və Baltikyanı ölkələrin sərhədçilərinə Avropa İttifaqının Rusiya və Belarusla sərhədlərini keçən qeyri-qanuni miqrantlara atəş açmağa icazə verən qərar qəbul etməyə daha yaxın olduğu bildirildi.

Almaz Həsənli