
ABŞ Dünya üzrə onlarla səfirliklərini bağlaya bilər
Donald Tramp administrasiyası Konqresdən Dövlət Departamentinin və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) büdcələrini təxminən yarıya qədər azaltmağı xahiş etməyi düşünür. Bu, dövlət xərclərini kəskin şəkildə azaltmaq səylərinin bir hissəsidir.
Bu barədə РoІітісо məlumat yayıb.
2026-cı maliyyə ili təklifi Dövlət Departamenti və USAİD üçün 2025-ci maliyyə ilinin Qəbul Edilmiş Büdcəsində 54,4 milyard dollar əvəzinə , 28,4 milyard dollar ayıracaq.
Təklif demokratiyanı təşviq edən, təhsil və mədəniyyət mübadiləsini dəstəkləyən, çoxmillətli institutlara kömək edən, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə aparan və xaricdə sağlamlıq problemlərini həll edən proqramlar da daxil olmaqla çoxsaylı proqramları ləğv edəcək və ya əhəmiyyətli dərəcədə azaldacaq.
İki mənbənin bildirdiyinə görə, administrasiya diplomatik büdcəni azaltmaq üçün daha geniş səylərin bir hissəsi kimi dünya üzrə 30-a qədər ABŞ diplomatik missiyasını bağlamağı nəzərdən keçirir. Bu, Cənubi Afrika və Saheldəki ABŞ səfirliklərinə, Avropadakı konsulluqlara və Okeaniyadakı bir sıra səfirliklərə aiddir.
Büdcə sənədində həmçinin deyilir ki, Amerikanın İlk İmkanlar Fondu adlı yeni proqrama təxminən 2,1 milyard dollar ayrılacaq. Sənəddə bu proqramın konkret nəyi ehtiva edəcəyi göstərilmir.
Xatırladaq ki, Vaşinqton beynəlxalq yardım strategiyasına yenidən baxır. ABŞ Dövlət Departamenti 2025-ci ilin iyul ayına qədər başa çatacaq USAID-in yenidən təşkilini elan edib. Qeyd olunur ki, ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) 2025-ci il iyulun 1-dək USAİD-in bəzi funksiyalarının Departamentə ötürülməsini və USAID administrasiyasının prioritet funksiyaları ilə əlaqəli olmayan digər funksiyalarının dayandırılmasını nəzərdə tutan yenidən təşkili həyata keçirmək niyyətləri barədə Konqresə məlumat verib.
Əziz Mustafa, Oxuməni.az