Alman lüks avtomobil istehsalçısı müflis olduğunu elan etdi

Alman lüks avtomobil istehsalçısı müflis olduğunu elan etdi

15 Aprel 10:48
Bəyəndim (4) Bəyənmədim (0)


Almaniyanın dəbdəbəli avtomobil istehsalçısı “Isdera” iflas (bankrot) elan edib. Bu barədə “Bild” qəzeti məlumat yayıb.
Sifarişlə çox az miqdarda çox bahalı avtomobillər istehsal edən şirkət 40 ildən artıqdır ki, fəaliyyət göstərir. 1982-ci ildə Leonberqdə avtomobil dizayn mühəndisi Eberhard Şults tərəfindən təsis edilmişdir. Onun ofisi hazırda Sankt-İnqbertdə (Saarland) yerləşir.
Xüsusilə, “Isdera Commendatore 112i” hərracda 1,2 milyon avroya satılıb. Hərrac 2021-ci ildə baş tutub.
Bundan əvvəl bildirilmişdi ki, “Stellantis” avtomobil konserni Trampın yüksək idxal rüsumları tətbiq etməsinin mənfi nəticələri fonunda aprelin 7-dən Kanadanın Vindzor şəhərində (Ontario) avtomobil yığımı zavodunda fəaliyyətini dayandıracaq.
Almaz Həsənli