Dünyada ən çox istehlak edilən ət

Dünyada ən çox istehlak edilən ət

15 Aprel 15:52
Bəyəndim (0) Bəyənmədim (0)



ABŞ Kənd Təsərrüfatı Departamentinin məlumatına görə, dünyada ən çox istehlak edilən ət 36 faizlə donuz ətidir. Bəs bu nisbət niyə bu qədər yüksəkdir?
Birləşmiş Ştatların Kənd Təsərrüfatı Departamentinin (USDA) məlumatına görə, dünya əhalisi digər ətlərdən daha çox donuz əti istehlak edir və donuz əti ümumi ət istehlakının 36 faizini təşkil edir.
«Food Republic» internet saytındakı xəbərə görə, toyuq 33 faizlə ikinci, mal əti isə yüzdə 24 ilə üçüncüdür. Keçi və qoyun dünya üzrə ümumi ət istehlakının yalnız 5 faizini təşkil edir və daha az yeyilir.
Xəbərdə qeyd edilir ki, "Əgər bu təəccüblü məlumatdırsa, nəzərə alın ki, hazırda 1,4 milyard əhalisi olan və həftədə orta hesabla beş dəfə donuz əti yeyən Çində donuz əti bir nömrəli ət mənbəyidir…

Oxuməni.az