2025-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artaraq 1043,6 manat təşkil edib.
Oxuməni.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3643,9 manat, qeyri neft-qaz sektorunda 994,8 manat təşkil edib.
"Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1004,3 manat, özəl müəssisələrdə isə 1084,2 manat olub”, - məlumatda deyilir.
2025-ci ilin yanvar-fevral aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı belə olub:
