ABŞ-İran nüvə danışıqları fonunda neft ucuzlaşıb

ABŞ-İran nüvə danışıqları fonunda neft ucuzlaşıb

Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ və İran arasında sanksiyaların yumşaldılmasına səbəb ola biləcək potensial nüvə razılaşması gözləntiləri ilə mayın 15-də neft qiymətləri təxminən 2 dollar ucuzlaşıb. Eyni zamanda, ABŞ-da neft ehtiyatlarının gözlənilməz artması sərmayəçilərin artıq təkliflə bağlı narahatlığını artırıb.
“Reuters” xəbər verir ki, “Brent” markalı neftin fyuçersləri 2,16 dollar və ya 3,3% ucuzlaşaraq 63,93 dollar/barelə bərabər olub. ABŞ-ın “West Texas Intermediate” (WTI) xam neftinin fyuçersləri 2,10 dollar və ya 3,3 faiz ucuzlaşaraq 61,05 dollar olub. Çərşənbə günü, mayın 14-də hər iki göstərici təxminən 0.8% itirib.
İran rəsmisi bildirib ki, İran iqtisadi sanksiyaların ləğvi müqabilində ABŞ-la razılaşmaya hazırdır.
"Təzə satış ABŞ-İran nüvə razılaşmasının ABŞ-ın İrana qarşı son zamanlarda sərtləşdirdiyi sanksiyaları yumşaldacağı və qlobal neft tələb və təklifi balansını potensial olaraq zəiflədəcəyi ilə bağlı gözləntilərdən irəli gəldi,"- “Nomura Securities” iqtisadçısı Yuki Takashima bildirib.
Səudiyyə Ərəbistanı ABŞ və İran arasında nüvə danışıqlarını dəstəkləyir və müsbət nəticələrə ümid edir, krallığın xarici işlər naziri şahzadə Faysal bin Fərhan əl-Səud deyib.
Xəzinədarlıq Departamenti İran neftini Çinə daşıyan şəbəkədə iştirak edən 20 şirkətə sanksiya tətbiq etdikdən sonra Vaşinqton İranın ballistik raket komponentləri istehsal etmək səylərinə qarşı sanksiyalar tətbiq edib.
Sanksiyalar Omanda İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək məqsədi daşıyan ABŞ-İran danışıqlarının dördüncü raundundan sonra tətbiq edilib.
IG analitiki Toni Sikamor bildirib ki, ABŞ ehtiyatlarında gözlənilməz artım, neftin son 55-65 dollar diapazonunun zirvəsinə qalxmasından sonra qazanc əldə etmək də qiymətlərə təsir edir.
Almaz Həsənli