Bu il Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql olunan neftin həcmi açıqlanıb

Bu il Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql olunan neftin həcmi açıqlanıb

15 May 20:12
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvar-aprel aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neft 4,3 faiz azalaraq 12 milyon 233,3 min ton təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, nəqletmənin 76,1 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-aprel ayları ərzində bu kəmərlə neft nəqli 3,04 faiz azalaraq 9 milyon 314,7 min ton olub.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83 faizini və ya 7731,5 min tonunu Azərbaycanda hasil edilən neft, 17 faizini və ya 1583,2 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Oxuməni.az