“Microsoft”un qurucusu Bill Qeytsin sərvətinin əsas hissəsi Afrikaya gedəcək

“Microsoft”un qurucusu Bill Qeytsin sərvətinin əsas hissəsi Afrikaya gedəcək

3 İyun 10:57
Bəyəndim (3) Bəyənmədim (0)


“Microsoft”un yaradıcısı Bill Qeytsin 99%-ni xeyriyyə işlərinə xərcləyəcəyini vəd etdiyi sərvətinin əsas hissəsi Afrikaya gedəcək. O, bu barədə iyunun 2-də Afrika İttifaqının Efiopiyanın paytaxtı Əddis-Əbəbədəki mənzil-qərargahında çıxışı zamanı bildirib.
"Bu maliyyənin əsas hissəsi Afrikadakı problemlərin həllinə kömək etmək üçün xərclənəcək,"- cənab Geyts deyib. Bu barədə “News 24” Geytsdən sitat gətirir.
Pul Bill və Melinda Qeyts Fondu vasitəsilə gələcək. May ayında iş adamı 2045-ci ilə qədər bu fondun müxtəlif layihələrin maliyyələşdirilməsinə 200 milyard dollar yönəldəcəyini açıqlamışdı.
Bill Qeyts planetin beşinci ən zəngin adamıdır. Onun şəxsi sərvəti 175 milyard dollardır. Daha əvvəl o, sərvətini xeyriyyəçilik üçün xərcləmək qərarını sahibkar Endryu Karneqinin sitatından ilhamlandığını izah etmişdi: “Varlı ölən adam rüsvay olaraq ölür”.
Almaz Həsənli