“WhatsApp” nəhayət istifadəçi adlarına sahib olacaq: artıq telefon nömrənizi paylaşmağa ehtiyac yoxdur

“WhatsApp” nəhayət istifadəçi adlarına sahib olacaq: artıq telefon nömrənizi paylaşmağa ehtiyac yoxdur

3 İyun 14:38
Bəyəndim (3) Bəyənmədim (0)


“WhatsApp” daha çox məxfilik istəyənlər üçün faydalı funksiya hazırlayır. Tezliklə messencer həmsöhbətləri çatlarda "tag" etmək və nömrələrini bilmədən axtarışlarda insanları tapmaq imkanı əldə edəcək.
Bu insayder məlumatı ixtisaslaşmış “WABetaInfo” nəşri paylaşıb - onlar Telegram və digər messencerlərdə olduğu kimi “WhatsApp”-ın beta versiyasının kodunda istifadəçi adlarının (yuzerneym) qeydini tapıblar. İndi yuzerneym əvəzinə proqram real telefon nömrəsini göstərir.
İlkin məlumata görə, istifadəçi adları ən azı bir hərfdən ibarət olmalıdır və 3-dən 30-a qədər simvolu qeyd etmək lazımdır. Məqbul ləqəb (nikneym) seçdikdən sonra “WhatsApp” onu animasiya ilə təsdiq edəcək. Bu andan etibarən nikneym söhbətlərdə və qrup çatlarında göstəriləcək.
Eyni zamanda, nömrənizi artıq saxlamış olanlar, əvvəlki kimi, heç bir dəyişiklik etmədən sizi tapıb yaza biləcəklər. Beləliklə, dostlarınız və ailənizlə əlaqəni itirməyəcəksiniz, sadəcə olaraq sizi kimin görə biləcəyinə daha çox nəzarət edəcəksiniz.
Funksiya hələ də inkişaf mərhələsindədir, lakin görünür, yeniləmə tezliklə hər kəs üçün buraxılacaq. Bu, “WABetaInfo”-nun “WhatsApp”-ın yuzerneymləri əlavə etmək planları haqqında yazması ilk dəfə deyil.
Xatırladaq ki, Telegram istifadəçi adı sistemini 2014-cü ildə əlavə edib.
Xatırladaq ki, “WhatsApp” 1 iyun 2025-ci il tarixindən iPhone 5s, iPhone 6 və iPhone 6 Plus da daxil olmaqla köhnə iPhone-larda işləməyi dayandırıb. Əgər onlardan birinə sahibsinizsə, dərhal yeniləməyi tövsiyə edirik.
Bu arada, Apple yəqin ki, iOS 19-un buraxılması ilə bağlı fikrini dəyişib: əvəzinə iOS 26 dərhal buraxılacaq. macOS 26, iPadOS 26, watchOS 26, tvOS 26 və visionOS 26 oxşar şəkildə adlandırılacaq.
Almaz Həsənli