ABŞ polad və alüminiuma 50% rüsum tətbiq edib

ABŞ polad və alüminiuma 50% rüsum tətbiq edib

4 İyun 11:10
Bəyəndim (3) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Tramp polad və alüminiuma rüsumları 25%-dən 50%-ə qaldırıb. İyunun 3-də imzalanan fərman bu gün, iyunun 4-də qüvvəyə minib.
Oxuməni.az-ın “Mignews.com”a istinadən verdiyi xəbərə görə, sənəddə qeyd olunur ki, əvvəlki ödənişlər hələlik yerli sənayeyə “sənayelərin dayanıqlı inkişafı və milli müdafiənin proqnozlaşdırılan ehtiyacları üçün zəruri olan potensialdan istifadə templərini inkişaf etdirməyə və saxlamağa” imkan verməyib.
“Vəziyyəti nəzərə alaraq, mən polad məmulatlarının və törəmə polad məmulatlarının, eləcə də alüminium məmulatlarının və törəmə alüminium məmulatlarının idxalı üzrə rüsum dərəcəsini 4 iyun 2025-ci il Şərqi gündüz vaxtı ilə saat 00:01-də qüvvəyə minən 25%-lik advalor rüsumundan 50%-ə qədər artırmaq qərarına gəldim”, - sənəddə deyilir.
Fərmana əsasən, Böyük Britaniyadan metal idxalı üçün rüsumlar əvvəlki 25% səviyyəsində qalacaq. Bu, Trampla Böyük Britaniyanın baş naziri Kir Starmerin mayın əvvəlində imzaladığı iqtisadi rifah sazişi ilə bağlıdır. Sənəddə ölkələrə iyulun 9-dək yeni rüsumlar və ya kvotalar hazırlamaq imkanı verilir. Qeyd edək ki, hazırda ABŞ polad idxalına görə dünyada Avropa İttifaqından sonra ikinci yerdədir. Bu resursun Amerika bazarına əsas ixracatçıları Kanada, Braziliya, Meksika və Cənubi Koreyadır.
Almaz Həsənli