Aİ Rusiyaya sanksiyalardan yan keçməsinə kömək etdiyinə görə iki Çin bankına qarşı sanksiya tətbiq etməyi planlaşdırır

Aİ Rusiyaya sanksiyalardan yan keçməsinə kömək etdiyinə görə iki Çin bankına qarşı sanksiya tətbiq etməyi planlaşdırır

12 İyun 08:56
Bəyəndim (1) Bəyənmədim (0)

Aİ Rusiyaya Aİ sanksiyalarından yan keçməyə kömək etdiyi iddiası ilə Çindəki iki kiçik regional banka qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır. Bu barədə çərşənbə günü Bloomberg sərəncamında olan sənədlərə istinadən məlumat yayıb.

Təklif olunan sanksiyalara əsasən, Aİ maliyyə institutlarının fəaliyyəti qadağan ediləcək Çin banklarının nəzarətdə saxlanılmasına yönələcək. Eyni zamanda Çin bankları ilə əlaqədə olan digər ölkələrin banklarının hər hansı maliyyə əməliyyatı həyata keçirməsinə imkan verilməyəcək.

Öz növbəsində Avropa Komissiyasının sözçüsü sənədlərdəki məlumatı şərh etməkdən imtina edib.

Əziz Mustafa