Azərbaycan Ermənistan ərazisindən keçən uçuşların ödənişini iki dəfə artırıb

Azərbaycan Ermənistan ərazisindən keçən uçuşların ödənişini iki dəfə artırıb

13 İyun 16:14
Bəyəndim (2) Bəyənmədim (0)


2025-ci il yanvarın 1-dən aprelin 30-dək Azərbaycan aviaşirkətləri Ermənistanın hava məkanı vasitəsilə həyata keçirilən uçuşlara görə “Armaeronavigation”a 89 746 avro ödəyib. Bu barədə Ermənistan Mülki Aviasiya Komitəsinin Ermənistan mediasının yazılı sorğusuna cavabında deyilir.
Bu, ötən ilin altı ayı ilə müqayisədə təxminən iki dəfə çoxdur. Beləliklə, 2024-cü il yanvarın 1-dən mayın 31-dək olan müddətdə ödənişlərin məbləği 49 459 avro təşkil edib.
Eyni zamanda, 2023-cü ilin yanvar-may aylarında ödəniş 40 min avrodan bir qədər az, 2023-cü il üçün isə təxminən 80 min avro təşkil edib.
Bütün hallarda ödənişlər müəyyən olunmuş qaydada Avronəzarət təşkilatının (Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı) mərkəzi ofisi vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, “Armaeronavigatsiya” QSC Ermənistanın hava məkanında uçuşlar üçün aeronaviqasiya xidmətləri göstərir.
Oxuməni.az