
Azərbaycan MDB İqtisadi Şurasının Moskvada keçiriləcək iclasında iştirakdan imtina edib
Azərbaycan iyulun 19-da Moskvada keçiriləcək MDB İqtisadi Şurasının iclasında iştirak etməyəcək. Bu barədə “Trend” agentliyi məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Qeyd edildiyi kimi, adətən belə tədbirlərdə Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir. Lakin bu dəfə o, iclasda iştirak etməyəcək. Mənbənin sözlərinə görə, bu qərara səbəb Yekaterinburqda baş verən son hadisələr, AZAL-ın reysi ilə bağlı insident və onların həlli üçün Rusiya tərəfinin adekvat addım atmaması olub.
Oxuməni.az
Digər xəbərlər