Serbiyanın NIS ABŞ-dan beşinci dəfə sanksiyaları təxirə salmağı xahiş edib
Serbiyanın NIS şirkəti ABŞ Xəzinədarlığından beşinci dəfə - bu dəfə iyulun 29-dan sonra sanksiyaların təxirə salınmasını xahiş edib, şirkətin bəyanatında deyilir.
Serbiya daha əvvəl ABŞ-dan NIS-ə qarşı sanksiyaların dörd təxirə salınması almışdı, sonuncu dəfə sanksiyalar iyulun 29-na qədər təxirə salınmışdı.
Xəbər verdiyimiz kimi, yanvarın 10-da ABŞ Rusiyanın iki neft şirkətinə – “Qazprom Neft” və “Surqutnefteqaz”a, eləcə də onların törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. “Qazprom Neft”in Serbiyadakı törəmə şirkəti NIS də SDN Siyahısına daxil edilib. Bundan sonra ABŞ NIS-ə qarşı sanksiyaların tətbiqini təxirə saldı.
Fevralın sonunda “Qazprom Neft” NIS səhmlərinin 5,15%-ni “Qazprom”a keçirib. İndi Qazprom Neft NIS səhmlərinin 44,85%-nə, Qazprom isə 11,3%-nə sahibdir. NIS səhmlərinin daha 29,87%-i Serbiyaya, qalan hissəsi isə minoritar səhmdarlara məxsusdur.
Serbiya prezidenti Aleksandar Vucic bildirib ki, ABŞ Rusiya kapitalının NIS-dən tamamilə çıxarılmasını tələb edir. Eyni zamanda, o xatırladıb ki, Serbiya hökuməti 2008-ci ildə NİS-ə nəzarəti Rusiyanın “Qazprom Neft” şirkətinə satıb və ötən illər ərzində Rusiya şirkəti və NIS Serbiya büdcəsinə əhəmiyyətli gəlirlərin daxil olmasına, eləcə də bir çox layihələrin inkişafına töhfə verib.
Əziz Mustafa












































































.jpg)







