Macarıstan Rusiya neftindən və qazından imtina etməyəcək

Macarıstan Rusiya neftindən və qazından imtina etməyəcək

Bəyəndim (2) Bəyənmədim (0)

Macarıstan Aİ rəhbərliyinə Rusiya neft və qazından istifadəni qadağan etməyə imkan verməyəcək. Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyarto Budapeştdə Avropa İttifaqının səfirləri ilə görüşdə belə deyib.

"Brüssel tamamilə yanlış istiqamətdə hərəkət edir: Ukraynada müharibəni davam etdirmək istəyirlər, qeyri-qanuni miqrantları içəri buraxmaq və bizə gender çılğınlığı tətbiq etmək istəyirlər. Bundan əlavə, onlar bizə ucuz rus nefti və qazından istifadə etməyimizi qadağan etmək istəyirlər ki, bu da macar ailələri üçün kommunal xərclərin iki, üç və hətta dörd dəfə artması ilə təhdid edir. Biz bunu Aİ-yə açıq şəkildə bildirəcəyik”, - XİN rəhbəri özünün “Facebook” səhifəsində yazıb

Bundan əvvəl Macarıstan hökuməti Avropa Komissiyasının 2028-ci ilin əvvəlinə qədər Rusiyadan Aİ-yə neft və qaz tədarükünü tamamilə dayandırmaq planını dəstəkləməyəcəyini bildirmişdi.
Əziz Mustafa