“Tesla” “Samsung” ilə 16,5 milyard dollarlıq çip tədarükü müqaviləsi imzalayıb

“Tesla” “Samsung” ilə 16,5 milyard dollarlıq çip tədarükü müqaviləsi imzalayıb

Bəyəndim (3) Bəyənmədim (0)


“Tesla”-nın baş direktoru İlon Mask Cənubi Koreyanın “Samsung Electronics” şirkəti ilə 16,5 milyard dollar dəyərində mikroçiplərin tədarükü üçün böyük müqavilə imzaladığını açıqlayıb. Bu, dəyərin aşağı həddidir, həqiqi bir neçə dəfə yüksək ola bilər.
Təchizat 8 il müddətinə nəzərdə tutulub — müqavilə 2033-cü ilin sonuna qədər qüvvədə olacaq. Şirkət yeni AI6 çiplərini özünün avtonom avtomobil idarəetmə sistemlərinin gələcək versiyalarında istifadə etməyi planlaşdırır. Bu addımın Cənubi Koreya texnoloji nəhənginin səmərəsiz müqaviləli çip istehsalı biznesini gücləndirəcəyi gözlənilir.
Saziş xəbəri bazarlarda böyük reaksiyaya səbəb oldu: Samsung səhmləri 6,8% artaraq 2023-cü ilin sentyabrından bəri ən yüksək səviyyəyə çatdı, Tesla səhmləri isə premarketdə 1,9% bahalaşdı.
Mask vurğulayıb ki, “Tesla” “Samsung”-un Texasdakı fabrikində istehsal prosesinin optimallaşdırılmasında fəal iştirak edəcək və şəxsən tərəqqiyə nəzarət edəcək: "Zavod evimə yaxındır və hər şeyin sürətlə getməsinə əmin olacağam", - deyə o, X-də yazıb.
Mask əlavə edib ki, 16,5 milyard dollar sadəcə minimumdur və faktiki istehsal həcmi çox güman ki, bir neçə dəfə çox olacaq.
Bu müqavilə, “Reuters”-in fikrincə, “Samsung”-un zərərli müqavilə istehsalı üçün inqilabi ola bilər.
“Samsung artıq” Tesla A14 çiplərini istehsal edir, hansı ki, “Full Self-Driving” sürücüyə kömək sistemini işlədir, A15 çiplərini isə Koreya şirkətinin rəqibi “TSMC” istehsal edəcək - əvvəlcə Tayvanda, sonra isə Arizonada, daha əvvəl Mask bildirmişdi.
Almaz Həsənli