
AK Fransada külək enerjisinin inkişaf etdirilməsi üçün 11 milyard avroluq proqramı təsdiqləyib
Avropa Komissiyası Fransa hakimiyyətinin dəniz külək enerjisinin inkişafına dövlət büdcəsindən 11 milyard avro sərmayə qoymaq planlarına “yaşıl işıq” yandırdığını elan edib.
"11 milyard avroluq proqram sayəsində Fransa Təmiz Sənaye Sazişinə uyğun olaraq dənizdə külək enerjisi potensialını daha sürətli yerləşdirə biləcək. Bu, həmçinin Fransanın qalıq yanacaq idxalından asılılığını azaltmağa və bərpa olunan enerjinin payını artırmağa kömək edəcək" dedi.
AK hesab edir ki, Parisin planları sıfır emissiya iqtisadiyyatına keçidə və Aİ-nin 2030-cu ilə qədər bərpa olunan enerjinin inkişafı üzrə Avropa İttifaqı tərəfindən müəyyən edilmiş hədəfinə nail olunmasına töhfə verəcək. AK-nin qərarı 25 iyun 2025-ci ildə təsdiq edilmiş Təmiz Sənaye Sazişinə Dövlət Yardımı Fondu (CISAF) çərçivəsində qəbul edilib.
Fransanın dəniz külək proqramı üç üzən dəniz külək stansiyalarının tikintisini və istismarını dəstəkləmək üçün 20 illik proqramdır: biri Atlantik okeanının cənubunda Brittani sahillərində, digər ikisi isə Aralıq dənizində. Hər bir külək təsərrüfatının təxminən 500 MVt gücü və illik elektrik enerjisi istehsalının təxminən 2,2 TVt/saat olacağı gözlənilir. Bu, 450 min fransız ailəsinin illik istehlakını ödəməyə kifayət edir.
Əziz Mustafa