Paramount, Netflix-i məğlub etmək üçün Warner Bros.-a yenidən təklif verir

Paramount, Netflix-i məğlub etmək üçün Warner Bros.-a yenidən təklif verir

Bəyəndim (2) Bəyənmədim (0)


“Warner Bros. Discovery” çərşənbə axşamı bildirib ki, şirkəti səhm başına 31 dollar dəyərində qiymətləndirən “Paramount”-un yeni təklifi, hazırda Netflix ilə bağlanmış müqavilədən "daha sərfəli təklif" verə bilər.
Oxuməni.az-ın xəbərinə görə, bu barədə " BBC “məlumat yayıb.
Daha əvvəl Paramount, Warner Bros. səhmlərini ədədini 30 dollara almağı təklif etmişdi.
Warner Bros. bildirib ki, dekabr ayında Netflix ilə bağlanmış müqavilədən imtina edib-etməməyi barədə yekun qərar qəbul etməzdən əvvəl Paramount ilə danışıqları davam etdirəcək.
Dört gün ərzində qarşılıqlı təklif etmək imkanı olan Netflix, hələlik vəziyyətlə bağlı şərh verməyib.
BBC-yə verdiyi son müsahibədə Netflix-in baş icraçı direktoru Ted Sarandos, şirkətin Warner Bros.-u əldə etmək uğrunda daha da mübarizə aparmağa hazır olub-olmadığı sualına cavab verməkdən imtina edib.
"Mən hipotetik fərziyyələr qurmaq istəmirəm,", Paramount-dan yeni təklif gəlməzdən əvvəl o bildirib. "Biz hazırkı vəziyyətdən çox razıyıq, biz çox intizamlı alıcıyıq və həmişə belə olmuşuq."
"Bütün bunlar qiymətin müəyyənləşdirilməsi prosesidir," o, daha sonra əlavə edib.
Milyarder Larri Ellisonun dəstəklədiyi və onun oğlu Devidin rəhbərlik etdiyi Paramount şirkəti, ötən ildən bəri Warner Bros.-u əldə etmək üçün aktiv kampaniya aparır.
Warner Bros. bildirib ki, Paramount səhm başına 31 dollar nağd pul təklif edib, əlavə olaraq müqavilənin başa çatmasında gecikmə olarsa, əlavə vəsait ödəniləcək.
Şirkət həmçinin müqavilə pozularsa 7 milyard dollar, həmçinin Warner Bros.-un Netflix-ə birləşmə planının pozulması halında ödəməli olduğu 2,8 milyard dolları ödəməyə razılaşıb.
Almaz Həsənli