Honda ABŞ-da 440.000 avtomobili təhlükəsizlik yastığı problemləri səbəbindən geri çağıracaq
Yaponiya avtomobil istehsalçısı Honda, ABŞ-da 440.830 avtomobilin təhlükəsizlik yastıqlarının (ing. airbag) düzgün açılmaması səbəbindən geri çağırılmasına başlayıb.
Oxuməni.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi 15 apreldə Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasına (NHTSA) istinadən məlumat verib.
NHTSA aydınlıq gətirib ki, proqram təminatı xətası “Odyssey” minivenlərində təhlükəsizlik yastıqlarının kortəbii açılmasına səbəb ola bilər.
Honda dilerləri geri çağırılan bütün avtomobillərdə proqram təminatını pulsuz olaraq yeniləyəcəklər.
Almaz Həsənli
Digər xəbərlər





















































































