Qrossi: MAQATE-nin iştirakı olmadan ABŞ-İran razılaşması illüziya olacaq
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA, MAQATE) iştirakı olmadığı təqdirdə ABŞ və İran arasında mümkün razılaşma yalnız "razılaşma illüziyası" olacaq. Oxuməni.az xəbər verir ki, bu barədə onun baş direktoru Rafael Qrossi BMT-nin rəsmi “YouTube” kanalında bildirib.
"Əgər razılaşma əldə olunarsa, MAQATE iştirak etməli və yoxlama aparmalıdır, əks halda bu, razılaşma deyil, razılaşma illüziyasına çevriləcək. Müfəttişlər əldə edilən razılaşmalara riayət olunmasını yoxlamaq üçün orada olmalıdırlar", - deyə o, jurnalistlərə bildirib.
Qrossi əvvəllər qeyd etmişdi ki, Vaşinqton və Tehran arasında yoxlama mexanizmləri olmadan İranın nüvə proqramı ilə bağlı razılaşmalar "sadəcə bir kağız parçası" olaraq qalacaq.
Almaz Həsənli
Digər xəbərlər



























































































