“Drujba” boru kəməri ilə Slovakiyaya neft tədarükü bərpa edilib

“Drujba” boru kəməri ilə Slovakiyaya neft tədarükü bərpa edilib

Bəyəndim (2) Bəyənmədim (0)


Slovakiya “Drujba” boru kəməri ilə neft tədarükünü bərpa edib. Ölkənin iqtisadiyyat naziri Denisa Sakovanın sözlərinə görə, tədarüklər planlaşdırıldığı kimi davam edir. Oxuməni.az xəbər verir ki, bu barədə xanım nazir Facebook səhifəsində məlumat verıb.
"Bu gün, saat 2:00-dan (Bakı vaxtı ilə saat 4:00) Drujba boru kəməri ilə Slovakiyaya neft axını bərpa edilib", nazir yazıb.
“Drujba” boru kəmərinin cənub xətti ilə Rusiya neftinin tranziti 27 yanvarda dayandırılıb. Ukrayna hakimiyyəti "kritik infrastrukturlarına" dəyən ziyanı əsas gətirib. Daha sonra Ukrayna tərəfi təmir işləri səbəbindən bir neçə dəfə neft nəqlinin bərpasını təxirə salıb. Macarıstan və Slovakiya hakimiyyəti Ukraynanın hərəkətlərini siyasi motivlərlə əlaqələndirib. 22 apreldə Kiyev “Drujba” boru kəməri ilə Rusiya neftinin tranzitini bərpa edib.
Almaz Həsənli