Aİ Azərbaycanın beş tankerini sanksiyalardan çıxarıb
Avropa İttifaqı Azərbaycana məxsus beş tankeri sanksiyalardan azad edib. Oxuməni.az xəbər verir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) məlumat yayıb.
Şirkətdən verilən məlumata görə, Aprelin 23-də Avropa Şurasının qərarı ilə sanksiyalardan "Şuşa", "Qarabağ", "Xankəndi", "Zəngəzur" (ASCO və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birgə müəssisəsi olan SA Maritime AFZECO-ya məxsusdur) və "Zaqatala" (ASCO-ya məxsusdur) gəmiləri azad edilib. Şirkətdən qeyd edilib ki, məsələnin müsbət həllini Azərbaycan Prezidentinin Administrasiyasının, Xarici İşlər Nazirliyinin və digər qurumların, ASCO və SOCAR-ın koordinasiyalı diplomatik fəaliyyəti mümkün edib.
ASCO əlavə edib ki, "Qeyd olunan gəmilər uzunmüddətli icarəyə, çarter müqavilələri əsasında üçüncü tərəflərə verilib, eyni zamanda onların istismarı beynəlxalq qaydalara tam uyğun həyata keçirilib. Qəbul edilmiş qərar beynəlxalq hüquq normalarına əsaslanan obyektiv yanaşmanın və konstruktiv dialoqun nəticəsi kimi qiymətləndirilir."
"İnterfaks" agentliyinin məlumatına görə, tankerlər 2025-ci ildə Rusiya neftinin daşınması ilə bağlı ittihamlar səbəbindən Aİ, Böyük Britaniya və Kanadanın sanksiyalarına məruz qalıb.
Almaz Həsənli







































.jpg)
.jpg)




.jpg)


















.jpg)




















