BƏƏ vətəndaşlarının İran, İraq və Livana səyahət etməsini qadağan edib

BƏƏ vətəndaşlarının İran, İraq və Livana səyahət etməsini qadağan edib

Bəyəndim (0) Bəyənmədim (0)

BƏƏ Xarici İşlər Nazirliyi vətəndaşlarının İran, Livan və İraqa səyahət etməsini qadağan edib. Oxuməni.az xəbər verir ki,Nazirlik sosial media səhifəsi X-də BƏƏ vətəndaşlarını bu ölkələrdən mümkün qədər tez evlərinə qayıtmağa çağırıb.

Nazirliyin açıqlamasında bildirilir ki, qadağa "mövcud regional inkişaflar nəzərə alınmaqla" tətbiq edilib.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ-İsrail hərbi əməliyyatının başlamasından sonra İrana qarşı çıxan Körfəz dövlətlərindən biridir. Pentaqonun məlumatına görə, bu müddət ərzində BƏƏ-yə qarşı 2800-dən çox dron və raket atılıb.

Əziz MUSTAFA