Sony təmir edilmiş PlayStation konsollarının qiymətlərini qaldırıb

Sony təmir edilmiş PlayStation konsollarının qiymətlərini qaldırıb

Bəyəndim (2) Bəyənmədim (0)

Sony, təmir edilmiş PlayStation 5 oyun konsollarının qiymətlərini dünya üzrə artırıb. Oxuməni.az xəbər verir ki, bu barədə “NotebookCheck” portalı məlumat yayıb.

Disksürənli (en. Disk drive) təmir edilmiş PlayStation 5 Slim versiyasının qiyməti 100 dollar artaraq 550 dollara, Digital Edition versiyasının qiyməti isə 500 dollara çatıb. Bununla belə, baza təmir edilmiş PS5-in qiyməti 400 dollar səviyyəsində qalıb. Təmir edilmiş cihazların yaddaş böhranı və komponentlərin qiymətinin artmasından əvvəl istehsal olunduğu nəzərə alınsa, bu qərar qəribə görünür.

Paralel olaraq, şirkət daha əvvəl yeni konsolların da qiymətlərini artırıb. Xüsusilə, PS5-in rəqəmsal versiyası 600 dollara, disksürənli versiyası 650 dollara, PlayStation 5 Pro 900 dollara, portativ PlayStation Portal isə 250 dollara qədər bahalaşıb. Bu, 2022-ci ildən bəri qiymət artımının üçüncü dalğasıdır.

Sony qiymətlərin tənzimlənməsini qlobal iqtisadiyyata təsir edən təzyiqlərlə izah edir. Bazar iştirakçıları, əməliyyat yaddaşının qiymətinin artması və komponentlərin təklifinin məhdud olması kimi əlavə amillərin də rol oynaya biləcəyini istisna etmirlər.

Sənaye mənbələrinin məlumatına görə, qiymətlərin artması artıq tələbə, o cümlədən Yaponiyadakı kimi əsas bazarlarda mənfi təsir göstərir. Eyni zamanda, belə bir vəziyyət PlayStation tarixində ilk dəfədir ki, müşahidə olunur – əvvəllər konsollar zamanla yalnız ucuzlaşırdı.

Almaz Həsənli