Azərbaycandan ilk neft tankeri Yaponiyaya çatıb
Yaponiya ilk dəfə olaraq Azərbaycandan neft alıb – Azərbaycandan "qara qızıl" daşıyan tanker bu gün oraya çatıb.
Oxuməni.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Yaponiya ictimai televiziyası xəbər verib.
Məlumata görə, Azərbaycan nefti daşıyan tanker 283 min barel neftlə yüklənib.
Bildirilir ki, alınan neft Tokio yaxınlığında yerləşən ENEOS-un Neqisi neft emalı zavoduna göndəriləcək.
KİV-lər qeyd edir ki, bu alış Yaxın Şərqdəki vəziyyət və Hörmüz boğazının faktiki blokadası fonunda Yaponiya hökumətinin neft tədarükünü şaxələndirməsi çərçivəsində həyata keçirilib. Əvvəllər Hörmüzdə gəmiçilik sərbəst olanda yapon zavodları əsasən Yaxın Şərqdən gələn nefti emal edirdilər.
Qeyd etmək lazımdır ki, Yaponiyada gündəlik təxminən 3 milyon barel neft istehlak olunur.
Almaz Həsənli




























































.jpg)
.jpg)
.jpg)






























