Rusiyadan daha bir yük Azərbaycan üzərindən Ermənistana göndəriləcək

Rusiyadan daha bir yük Azərbaycan üzərindən Ermənistana göndəriləcək

Bəyəndim (1) Bəyənmədim (0)

Bu gün Rusiya istehsalı olan və ümumi çəkisi 1026 ton olan 30 vaqon propan qazı Azərbaycan üzərindən Ermənistana göndəriləcək.

Oxuməni.az "Report"un məlumatına istinadla xəbər verir ki, qatar Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola düşəcək.

Əvvəllər Rusiyadan Ermənistana Azərbaycan üzərindən 36 min tondan çox taxıl, 8 min tondan çox gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq yarması və 414 ton antrasit göndərilib.

Bundan əlavə, Azərbaycan Ermənistana neft məhsulları ixrac edir. Bu günə qədər ölkəyə 14 min tondan çox dizel yanacağı və təxminən 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini çatdırılıb.

Oxuməni.az