Amerikalı mütəxəssislər TRIPP dəmir yolu layihəsinin hazırlanması üçün Ermənistana gəliblər

Amerikalı mütəxəssislər TRIPP dəmir yolu layihəsinin hazırlanması üçün Ermənistana gəliblər

Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-ın mühəndislik-konsaltinq şirkəti olan AECOM-un nümayəndələri ötən həftə Ermənistana səfər edib və respublika hökumətinin nümayəndələri ilə birlikdə TRIPP layihəsi üçün nəzərdə tutulan ərazidə tədqiqat aparıblar. Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Səfirliyin məlumatında deyilir: "Ötən həftə biz ABŞ-ın mühəndislik-konsaltinq şirkəti AECOM-un nümayəndələrini Ermənistanda qəbul etdik. AECOM komandası Ermənistan hökumətindəki tərəfdaşları ilə birlikdə, iqtisadi artıma, nəqliyyat əlaqələrinin inkişafına və regional inteqrasiyaya töhfə verəcək dəmir yolu və digər infrastrukturun tikintisinə hazırlıq çərçivəsində TRIPP layihəsinin ərazisini araşdırıb".

Qeyd edək ki, mayın 26-da ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfəri zamanı tərəflər TRIPP layihəsi çərçivəsində strateji tərəfdaşlıq haqqında çərçivə sazişini, habelə Ermənistan və ABŞ arasında hərtərəfli strateji tərəfdaşlıq Nizamnaməsini paraflayıblar.

Almaz Həsənli