Brent markalı neftin qiyməti 3% bahalaşıb
Londonun ICE birjasında Brent markalı neftin 2026-cı ilin sentyabr ayında çatdırılması ilə bağlı fyuçerslərin qiyməti 3% artıb. Oxuməni.az xəbər verir ki, bu barədə ticarət məlumatları sübut edir.
Bakı vaxtı ilə saat 02:00-a olan məlumata görə, Brent neftinin qiyməti 2,95% artaraq bir barel üçün 78,25 dollara çatıb.
Bakı vaxtı ilə saat 02:35-ə olan məlumata görə, Brent nefti 78,42 dollar (+3,17%) səviyyəsində ticarət olunub. Eyni zamanda, WTI markalı neftin 2026-cı ilin avqust ayında çatdırılması ilə bağlı fyuçerslərin qiyməti 3,12% artaraq 73,64 dollar təşkil edib.
Almaz Həsənli
Digər xəbərlər







.jpg)

.jpg)
.jpg)












































































