Kristofer Nolanın “Odisseya” filminin rekord gəlir əldə edəcəyi proqnozlaşdırılır
Kristofer Nolanın yeni “Odisseya” filminin ilk nümayiş həftəsində dünya üzrə 200 milyon dollardan çox, o cümlədən Şimali Amerikanın 3900 kinoteatrında 80–100 milyon dollar gəlir əldə edə biləcəyi gözlənilir. Oxuməni. az xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
Qəzetin sorğu keçirdiyi analitiklərin qeyd etdiyinə görə, bu göstərici rejissorun əvvəlki hiti olan “Oppengeymer”in nəticələrini üstələyir və yay mövsümünün kassa gəlirlərini pandemiya dövründən əvvəlki səviyyəyə çıxara bilər.
FT yazır ki, tamamilə IMAX kameraları ilə çəkilmiş üç saatlıq blokbasterə tamaşaçı marağı çox yüksəkdir. Londonun “BFI IMAX” kinoteatrı bir sutka ərzində 28 min bilet sataraq 750 min funt-sterlinq gəlir əldə edib. Bu, “Oppengeymer”in nəticəsindən üç dəfə çoxdur. IMAX-ın rəhbəri Riçard Gelfond şirkət tarixində ən yüksək ilkin satış göstəricilərinin qeydə alındığını bildirib: bir çox zallarda ilk beş həftə üçün biletlər artıq satılıb. “BFI IMAX”-ın məlumatına görə, film Böyük Britaniyada “bütün göstəriciləri üstələyir”.
Ekspertlər qeyd edirlər ki, cari kino mövsümü 2019-cu ilin rekordunu qıra bilər. May ayının əvvəlindən ABŞ-da ümumi kassa gəlirləri 2,5 milyard dollara çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% çoxdur. Mütəxəssislərin proqnozlarına görə, gəlirlərin artmasına təkcə “Odisseya” deyil, həm də artıq nümayiş olunan hitlər — “Oyuncaqlar hekayəsi 5” və Maykl Ceksonun bioqrafik filmi olan “Maykl”, eləcə də “Hörümçək-adam: Yeni gün” də daxil olmaqla, qarşıdakı premyeralar töhfə verəcək.
Almaz Həsənli




.jpg)




































































.jpg)


.jpg)












