"Sibirin gücü-2" meqaqaz boru kəmərinin tikintisi ilə bağlı danışıqlar uğursuzluğa düçar olub
"Sibirin gücü-2" meqaqaz boru kəmərinin tikintisi ilə bağlı danışıqlar uğursuzluğa düçar olub. Oxuməni.az-ın yaydığı məlumata görə, bu barədə “The Wall Street Journal”ın verdiyi xəbərdə deyilir.
Vladimir Putinin səfərindən az əvvəl Pekinə gələn “Qazprom”un baş direktoru Aleksey Millerin başçılıq etdiyi Rusiya nümayəndə heyətinin qarşı tərəflə apardığı danışıqlarda "Sibirin gücü-2" meqaqaz boru kəmərinin tikintisi ilə bağlı razılıq əldə edilməyib. “The Wall Street Journal”dakı mənbələrə görə, danışıqlarda Çin Rusiyadan xahiş edib ki, Moskva Pekinin şərtləri ilə razılaşana qədər "Sibirin gücü-2" qaz kəməri mövzusunu bir daha gündəmə gətirməsin.
Çin bildirib ki, yalnız Rusiya qiyməti öz daxili tarifinə - 1 min kubmetr üçün təxminən 50 dollara endirəcəyi təqdirdə razılaşmaya razıdır. Bu o deməkdir ki, Moskva layihəni öz hesabına subsidiya etməlidir. Üstəlik, çinlilər bildiriblər ki,: Rusiyanın şərtləri kökündən dəyişməyənə qədər bu məsələ barədə hər hansı danışıqlar aparmayacaqlar.
Politoloq və Karnegi Rusiya Avrasiya Mərkəzinin rəhbəri Aleksandr Qabuyev isə məsələ ilə bağlı deyib ki, Pekinin Laos və ya Pakistan kimi Rusiyanı da Çin iqtisadiyyatı və texnologiyasına tamamilə bağlı vassal dövlətə çevirmək üçün böyük şansları var.
Əziz MUSTAFA











.jpg)













































































