Brent markalı neftin qiyməti 90 dollardan aşağı düşüb

Brent markalı neftin qiyməti 90 dollardan aşağı düşüb

Bəyəndim (1) Bəyənmədim (0)

İyulun 27-si səhər saatlarında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 11,66% ucuzlaşaraq minimum 85,5 dollar təşkil edib. Oxuməni.az xəbər verir ki, bu barədə ticarət məlumatlarında qeyd olunub. Neft sonuncu dəfə bu qiymətdən yuxarı səviyyədə 17 iyul 2026-cı il tarixində ticarət olunub.

Bakı vaxtı ilə saat 8:22-yə olan məlumata görə, ucuzlaşma tempi 9,3%-ə qədər yavaşıyıb və fyuçerslər bir barel üçün 87,78 dollar səviyyəsində ticarət olunub.

Neftin qiyməti İran silahlı qüvvələrinin Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə zərbələr endirməyi dayandırmasından sonra kəskin şəkildə düşüb. Tehran bu addımı ABŞ-ın ölkəyə qarşı hücumlarını dayandırmasına cavab olaraq atıb.

İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya bildirib: "Son iki gecədir ki, amerikalılar hücumlarını dayandırıblar. Daha əvvəl dediyim kimi, strategiyamız mahiyyət etibarilə cavab xarakterli olduğu üçün biz də cavab əməliyyatlarını dayandırdıq".

Daha əvvəl ABŞ prezidenti Donald Tramp iyulun 24-ü, cümə günü İrana qarşı yeni zərbələr endirilməməsi barədə göstəriş verərək, demək olar ki, iki həftə davam edən gündəlik hücumlar silsiləsinə son qoymuşdu.

Almaz Həsənli