Türkiyə İsarilin həyata keçirməyə çalışdığı Hind-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinə (IMEC) mane olur

Türkiyə İsarilin həyata keçirməyə çalışdığı Hind-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinə (IMEC) mane olur

Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin Qəzza müharibəsinin başlanğıcından bəri Ankaranın diplomatik səyləri səbəbindən Hind-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) vasitəsilə regional ticarət mərkəzinə çevrilmək istəkləri ciddi zərbə alıb. İsrailə yönəlmiş layihə arxa plana keçib, Türkiyə və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi alternativ ticarət dəhlizləri isə ön plana çıxmağa başlayıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyada yerləşən "Middle East Eye" jurnalının dərc etdiyi analitik yazıda deyilir. Qeyd edilir ki, İsrailin Hind-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) vasitəsilə regional ticarət mərkəzinə çevrilmək məqsədi Qəzza müharibəsi və təhlükəsizlik böhranları səbəbindən ciddi zərbə alıb. 2023-cü il G20 sammitində elan edilən və Hindistandan Fars körfəzi vasitəsilə İsrailin Hayfa limanı vasitəsilə Avropaya gedən yolu nəzərdə tutan layihə faktiki olaraq dayandırılıb.

Hələlik layihə rəsmi olaraq ləğv edilməyib, lakin İsraili kənarlaşdıran yeni ticarət marşrutları inkişaf etdirilir.

Məsələ ilə bağlı "Türkiye" qəzetinin məlumatına görə, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İraq İsraili əhatə etməyən alternativ nəqliyyat layihələrinin həyata keçirilməsini sürətləndiriblər.

İyun ayında Türkiyə və Səudiyyə Ərəbistanı Osmanlı dövrünə aid Hicaz Dəmir Yolunu İordaniya və Suriya vasitəsilə dirçəltmək üçün anlaşma memorandumu imzalayıblar. Eyni dövrdə BƏƏ İraq və Suriya vasitəsilə Fars körfəzindəki limanlara yeni ticarət dəhlizləri üzərində işə başlayıb.

İraq tərəfindən hazırlanan "İnkişaf Yolu" layihəsi Bəsrədəki Böyük Fao Limanını Türkiyə vasitəsilə Avropa ilə birləşdirməyi hədəfləyir. Bu, İsraili keçərək Aralıq dənizinə ticarət çıxışı təmin etmək üçün nəzərdə tutulub.

Təhlil göstərir ki, İsraildəki Hayfa Limanının illik ötürmə qabiliyyəti təxminən 1,5 milyon konteyner təşkil edir ki, bu da Fars körfəzindən Avropaya daşınan ticarətin miqyası üçün kifayət deyil. Həmçinin vurğulanır ki, müharibə zamanı limanların və enerji infrastrukturu raket və dron hücumlarına məruz qalıb ki, bu da investorların etimadına mənfi təsir göstərib.

Analitiklərin fikrincə İran regional ticarət üçün ən əhəmiyyətli təhdidlərdən biridir. Qeyd olunur ki, Hörmüz boğazındakı potensial böhranlar həm Körfəz ölkələrinə, həm də enerji ticarətinə birbaşa təsir göstərə bilər. Ona görə də BƏƏ və Səudiyyə Ərəbistanı ialternativ boru kəmərləri və Türkiyənin iştirak etdiyi yeni liman investisiyaları vasitəsilə bu asılılığı azaltmağa çalışırlar.

Əziz MUSTAFA