Johnson & Johnson "talk iddiaları"nı həll etmək üçün 5,5 milyard dollar ödəməyə hazırdır

Johnson & Johnson "talk iddiaları"nı həll etmək üçün 5,5 milyard dollar ödəməyə hazırdır

Bəyəndim (1) Bəyənmədim (0)

Johnson & Johnson (J&J) şirkəti on minlərlə məhkəmə iddiasını həll etmək üçün 5,5 milyard dollar ödəməyə hazırdır. İddiaçılar şirkəti uşaq pudrası və tərkibində talk olan digər məhsullarının onlarda yumurtalıq xərçənginə səbəb olmaqda günahlandırırlar. Oxuməni. az xəbər verir ki, bu barədə şirkətin rəsmi veb-saytında yayılan press-relizdə bildirilir.

Şirkət dəfələrlə bəyan edib ki, istehsal etdiyi məhsulların onkoloji xəstəliklərlə heç bir əlaqəsi yoxdur. Lakin məhkəmələr dəfələrlə iddiaçıların tərəfini tutub. Məsələn, ötən ilin dekabrında ABŞ-ın iki ştatında — Kaliforniya və Minnesota məhkəmələri şirkətin günahını təsdiqləyərək, üç iddiaçıya ümumilikdə 105 milyon dollardan çox təzminat ödənilməsinə qərar verib.

J&J-də yenidən onlara qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildiriblər. Şirkət qeyd edir ki, "məsələni birdəfəlik bağlamaq üçün iddiaçılara pul ödəməyə hazırdır".

J&J-nin təklifi təxminən 76 min iddianı əhatə edir. Bu, talk ilə bağlı qalan iddiaların böyük hissəsini təşkil edir. Şirkət 3 milyard dollara qədər vəsaiti artıq gələn il ödəməyə hazırdır. Qalan ödənişlər isə 2028-ci ildən tez olmayaraq başlayacaq. Sövdələşmənin yekun təsdiqi üçün ştat və federal məhkəmələrdə yumurtalıq xərçəngi ilə bağlı iddiaların 95%-ni təmsil edən hüquq firmalarının razılığı tələb olunur. Bu proses bir neçə ay çəkə bilər.

Almaz Həsənli