Apple bazar dəyəri 5 trilyon dollardan çox olan dünyada ikinci şirkət oldu
Apple bazar kapitallaşması ticarət zamanı 5 trilyon dollar həddini keçən tarixdə ikinci şirkət oldu.
Oxuməni. az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ticarət göstəriciləri sübut edir.
İyulun 28-də ticarətin açılışında şirkətin səhmləri 342,89 dollara qədər bahalaşıb və bunun sayəsində Apple-ın ümumi dəyəri ilk dəfə tarixi həddi keçib. Lakin sonradan kotirovkalar korreksiya olunub və kapitallaşma təxminən 4,94 trilyon dollara enib.
Bazar kapitallaşmasında 5 trilyon dollar həddini keçən ilk şirkət Nvidia olub — bu, 2025-ci ilin oktyabrında baş verib. Cari məlumatlara görə, Nvidia-nın bazar dəyəri təxminən 4,75 trilyon dollar təşkil edir.
Almaz Həsənli
Digər xəbərlər















.jpg)








































































