Türkiyədə iyul ayında inflyasiya 31,75%-ə qədər yavaşlayıb

Türkiyədə iyul ayında inflyasiya 31,75%-ə qədər yavaşlayıb

Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyədə iyul ayında istehlak qiymətlərinin artımı illik ifadədə əvvəlki aydakı 32,11%-dən mart ayından bəri ən aşağı səviyyəyə – 31,75%-ə qədər yavaşlayıb. Oxuməni.az xəbər verir ki, bu barədə ölkənin Statistika İnstitutunun (TÜİK) hesabatında deyilir.

"Trading Economics" tərəfindən təqdim olunan analitiklərin konsensus-proqnozu iyul ayı üzrə inflyasiyanın 31,8% təşkil edəcəyini nəzərdə tuturdu.

Mənzil-kommunal xidmətlərinin qiymət artımı iyundakı 45,14%-dən 40,32%-ə, nəqliyyat xidmətləri üzrə isə 31,15%-dən 30,83%-ə qədər yavaşlayıb. Həmçinin spirtli içkilər və tütün məmulatları, telekommunikasiya və təhsil xidmətlərinin qiymət artımı templəri də azalıb.

Ərzaq məhsulları və alkoqolsuz içkilərin bahalaşması illik ifadədə iyundakı 35,45%-dən 37,53%-ə, geyim və ayaqqabı üzrə isə 14,18%-dən 16,48%-ə qədər sürətlənib.

İyul ayında istehlak qiymətlərinin aylıq artımı əvvəlki aydakı 0,99%-ə qarşı 1,78% təşkil edib.

Türkiyədə istehsalçı qiymətlərinin artımı (PPI indeksi) iyul ayında illik ifadədə iyundakı 28,09%-dən 27,83%-ə, aylıq ifadədə isə 1,8%-dən 1,52%-ə qədər yavaşlayıb.

Almaz Həsənli