Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötüb

Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötüb

Bəyəndim (1) Bəyənmədim (0)

Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycan Ermənistana ümumi dəyəri 17,4 milyon dollar olan məhsullar ixrac edib. Oxuməni az xəbər verir ki, bu statistik məlumatı Dövlət Gömrük Komitəsi açıqlayıb.

Azərbaycanın xarici ölkələrlə ticarət əməliyyatlarının ümumi həcmi yeddi ayda 29,2 milyard dollara çatıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3% çoxdur.

Azərbaycanın ixracı 27% artaraq 19,3 milyard dollar təşkil edib. İdxalın həcmi isə 27,4% azalaraq 9,8 milyard dollara düşüb. Nəticədə, xarici ticarət balansının profisiti 9,4 milyard dollara çatıb ki, bu da ötən ilin göstəricilərini 5,9 dəfə üstələyir.

Qeyd edək ki, bu yeddi ay ərzində Ermənistandan idxal demək olar ki, sıfır səviyyəsində olub və cəmi 960 dollar təşkil edib, ötən ay isə tədarüklər tamamilə olmayıb.

Azərbaycandan Ermənistana ixracın əsasını neft məhsulları, o cümlədən 15 min tondan çox dizel yanacağı və təxminən 5 min ton Aİ-92 və Aİ-95 markalı benzin təşkil edir. Həmçinin, 6 min dollar dəyərində tikinti materiallarının tədarükü və tərkibində buğda, gübrə, qarabaşaq və un olan Rusiya yüklərinin tranziti qeydə alınıb.

Almaz Həsənli