Brent nefti bahalaşıb

Brent nefti bahalaşıb

Bəyəndim (2) Bəyənmədim (0)

Çərşənbə axşamı neft qiymətləri artır; ABŞ və İran arasındakı münaqişənin nizamlanması ilə bağlı diplomatik səylərin uğursuzluğu fonunda treyderlərin Yaxın Şərqdən xammal tədarükündə fasilələr yaranacağı ilə bağlı narahatlıqları güclənir.

Bu barədə Oxuməni.az "İnterfaks"a istinadən xəbər verir.

Bakı vaxtı ilə saat 09:20-yə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti bir barel üçün 91,48 dollar təşkil edir ki, bu da əvvəlki ticarət sessiyasının bağlanışı ilə müqayisədə 0,61 dollar (0,67%) bahadır. Bazar ertəsi bu müqavilələr 2,35 dollar (2,65%) bahalaşaraq bir barel üçün 90,87 dollara çatıb.

Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən elektron ticarətdə WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 0,73 dollar (0,86%) artaraq bir barel üçün 85,23 dollar təşkil edib. Ötən sessiyanın yekunlarına görə, onların dəyəri 2,1 dollar (2,55%) artaraq 84,5 dollara yüksəlmişdi.

Almaz Həsənli