Brent markalı neftin qiyməti ucuzlaşıb
Hürmüz boğazından gəmi keçidinin normallaşacağına dair ümidlər fonunda neftin qiyməti aşağı düşür.
Oxuməni. az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 9:20-yə olan vəziyyətə görə, Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçersləri 0,49 dollar (0,56%) ucuzlaşaraq bir barel üçün 87,35 dollara düşüb. Çərşənbə günü Brent markalı neft 0,74 dollar (0,84%) ucuzlaşaraq 87,84 dollara bərabər olub.
Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən elektron ticarətdə WTI markalı neftin oktyabr fyuçersləri isə 0,46 dollar (0,56%) ucuzlaşaraq bir barel üçün 81,77 dollara enib. Ötən sessiyada müqavilənin qiyməti 0,13 dollar (0,16%) azalaraq 82,23 dollar təşkil etmişdi.
Almaz Həsənli
Digər xəbərlər











.jpg)













































.jpg-3.jpg)
.jpg-2.jpg)
.jpg-1.jpg)



























