Dünya bazarında şəkərin qiyməti maksimuma çatıb
Cümə günü keçirilən hərraclar zamanı şəkər tədarükü üzrə fyuçers müqavilələrinin dəyəri 8 aprel 2025-ci il tarixindən bəri ən yüksək səviyyəyə çatıb. Oxuməni.az xəbər verir ki, bu barədə Londonun "ICE Futures" birjasının məlumatlarında qeyd olunub.
Bakı vaxtı ilə saat 11:50 radələrində kotirovkalar bir funt (0,45359237 kq) üçün 18,54 sentə yüksəlib. Həmin ana qədər əvvəlki ticarət sessiyasının bağlanış səviyyəsi ilə müqayisədə artım 1,76 faiz təşkil edib. Avqust ayının əvvəlindən bəri şəkər birjada 26,5 faiz bahalaşıb.
Ekspertlər bu dinamikanı bir sıra amillərlə əlaqələndirirlər. Onlar əsas səbəblər sırasında "El-Ninyo" iqlim hadisəsinin mənfi təsirini xüsusi qeyd edirlər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, əlverişsiz hava şəraiti səbəbindən təkcə Hindistanda istehsal 3-8 milyon ton azala bilər. Ekspertlər proqnozlaşdırırlar ki, əgər Hindistan ixrac proqramını tamamilə dayandırsa və Braziliya tədarükləri artırmağa qadir olmasa, qlobal şəkər qiymətləri kəskin şəkildə yüksələcək.
Almaz Həsənli























































































