Brent neftinin qiyməti bir barel üçün 100 dolları keçib

Brent neftinin qiyməti bir barel üçün 100 dolları keçib

Bəyəndim (1) Bəyənmədim (0)

Neftin qiyməti artmaqda davam edir. Brent markalı neftin qiyməti iyulun 24-dən etibarən ilk dəfə bir barel üçün 100 dolları keçib.

Oxuməni.az xəbər verir ki, Bakı vaxtı ilə saat 11:25-ə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neft üzrə noyabr fyuçerslərinin qiyməti bir barel üçün 100,06 dollar təşkil edir. Bu, əvvəlki ticarət sessiyasının bağlanış qiymətindən 2,14 dollar (2,19%) çoxdur.

Nyu-York Əmtəə Birjasında (NYMEX) elektron ticarət zamanı oktyabr ayı üçün WTI markalı neft fyuçerslərinin qiyməti də həmin vaxta qədər 1,64 dollar (1,76%) artaraq bir barel üçün 94,67 dollara yüksəlib.

Almaz Həsənli