Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ilk dəfə 1 000 kubmetr üçün 950 dolları keçib
Avropada qaz üzrə oktyabr fyuçerslərinin qiyməti 1 000 kubmetr üçün 950,3 dollara və ya 1 MVt/saat üçün 78,9 avroya qədər yüksəlib. Enerji daşıyıcısının qiyməti 2022-ci ilin dekabrından bəri ilk dəfə 950 dollar həddini keçib. Oxuməni.az xəbər verir ki, bu barədə Londonun ICE birjasının məlumatlarında bildirilir.
Yayın sonunda Avropa İttifaqının (Aİ) yeraltı qaz anbarlarındakı ehtiyatlar 58 faizə qədər azalıb. Bu göstərici ötən illə müqayisədə 70 faiz aşağıdır.
Gas Infrastructure Europe-un məlumatına görə, anomal isti hava Aİ ölkələrində qaz istehlakının rekord həddə çatmasına səbəb olub.
“Politico” gözləyir ki, qarşıdakı bir neçə ay ərzində Almaniyada qaz təchizatı ilə bağlı vəziyyət pisləşəcək. Bu isə qiymətlərin artmasına və bütün Aİ ərazisində qaz çatışmazlığına səbəb ola bilər.
Almaz Həsənli


























































































