Brent nefti ucuzlaşıb
Cümə günü səhər saatlarında neft qiymətləri enişini davam etdirir.
Oxuməni.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:14-ə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçersləri bir barel üçün 103,68 dollar təşkil edib ki, bu da əvvəlki ticarət sessiyasının bağlanış qiyməti ilə müqayisədə 1,14 dollar (1,09%) aşağıdır. Cümə axşamı bu fyuçerslər 1,01 dollar (0,95%) ucuzlaşaraq 104,82 dollara düşmüşdü.
Nyu-York Əmtəə Birjasında (NYMEX) elektron ticarət əməliyyatlarında WTI markalı neftin oktyabr fyuçersləri isə 0,90 dollar (0,88%) ucuzlaşaraq bir barel üçün 101,01 dollar təşkil edib. Ötən sessiyanın yekununda isə onların dəyəri 0,52 dollar (0,51%) azalaraq 101,91 dollara enmişdi.
Almaz Həsənli
Digər xəbərlər



























































































