İşçilər məzuniyyət hüquqlarına dair məlumatlandırılıb
Oxuməni.az-a nazirlikdən verilən məlumata görə, bildirilib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin ayrıca bir bölməsi istirahət vaxtı və işçilərin məzuniyyət hüquqlarına həsr olunub və işəgötürənlərin əsas vəzifələrindən biri – işçilərin bu hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələblərini yerinə yetirməkdir.
Tədbirdə işçilər üçün nəzərdə tutulmuş istirahət vaxtı və istirahət günləri, işçilərin məzuniyyət hüququ barədə məlumat verilib. Hər bir işçinin vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malik olduğu diqqətə çatdırılıb.
İşçilərə məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması qaydalarından bəhs olunub. Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları, məzuniyyətin növləri, əmək məzuniyyəti və onun verildiyi iş ili, əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydaları, uşaqlı qadınların əlavə məzuniyyətləri barədə iştirakçılara ətraflı məlumatlar verilib.



.jpg)




































































.jpg)














