Təbii qaz ixracının Azərbaycanın ümumi ixracındakı payı 4 faizədək artıb

Təbii qaz ixracının Azərbaycanın ümumi ixracındakı payı 4 faizədək artıb

14 Avqust 2019 16:01
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvar-iyul aylarında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracı ölkənin ümumi ixracının 77,78 faizini, təbii qaz 10,29 faizini, neft məhsulları isə (2710 mal kodu üzrə) 2,50 faizini təşkil edib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Qeyd edək ki, ötən ilin eyni aylarında xam neft ixracının Azərbaycanın ümumi ixracındakı payı 80,72 faiz, təbii qazın 6,98 faiz, neft məhsullarının payı 3,11 faiz olmuşdu.