Novruz Məmmədov benzinlə bağlı mühüm sənəd imzalayıb

Novruz Məmmədov benzinlə bağlı mühüm sənəd imzalayıb

28 Avqust 2019 08:24
Bəyəndim (0) Bəyənmədim (0)

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişiklik edib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Baş nazir Novruz Məmmədovun imzaladığı sənədə görə, Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib.

Dəyişikliyə əsasən, qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib.

Bu Qərar 2019-cu il 1 sentyabr tarixindən tətbiq olunacaq və 90 gün müddətində qüvvədə qalacaq