Ukrayna Baltik dənizini və Qara dənizi su yolu ilə birləşdirmək istəyir

Ukrayna Baltik dənizini və Qara dənizi su yolu ilə birləşdirmək istəyir

14 Sentyabr 2019 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna hökuməti Baltik və Qara dənizin su yolu ilə birləşdirilməsi üzrə layihəni reallaşdırmağı planlaşdırır.

Bu barədə Ukraynanın Baş naziri Aleksey Qonçaruk Kiyev şəhərində keçirilən “Yalta Avropa Strategiyası” forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, qırx su yolu var və layihənin reallaşdırılması üçün Polşa və Belarus ilə razılığa gəlmək lazımdır.

Hazırda Baltik və Qara dənizi birləşdirəcək su yolunun çəkilməsi məsələsi Belarus, Ukrayna və Polşanın mütəxəssislər və siyasi dairələrində müzakirə edilir. Polşa bu layihəni daha aktiv dəstəkləyir, çünki əsas tikinti işləri onun ərazisində aparılacaq. Mütəxəssislərin fikrincə, üç ölkənin ərazisindən keçəcək kanalların vahid sisteminin uzunluğu 2 min kilometrdən çox olacaq