Gürcüstanın iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

Gürcüstanın iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

16 Sentyabr 2019 12:16
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnavanın başçılıq etdiyi nümayəndə heyyəti sentyabrın 17-də Azərbaycana işgüzar səfər edəcək.

Oxumeni.az xəbər verir ki, ikigünlük səfər çərçivəsində N.Turnava bir sıra ikitərəfli görüşlər keçirəcək.

Görüşlərdə Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq. Həmçinin Gürcüstan-Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın növbəti iclasına hazırlıq məsələləri də nəzərdən keçiriləcək.

Oxumeni.az