Daxili bazar araşdırmalarına dair maarifləndirici videoçarx hazırlanıb

Daxili bazar araşdırmalarına dair maarifləndirici videoçarx hazırlanıb

23 Sentyabr 2019 14:24
Bəyəndim (0) Bəyənmədim (0)

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daxili bazar araşdırmalarının aparılmasına dövlət dəstəyinin göstərilməsi barədə sahibkarlıq subyektlərinin və ictimaiyyətin məlumatlandırılması üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) maarifləndirici videoçarx hazırlayıb.

KOBİA-dan Oxumeni.az-a bildirilib ki, videoçarxda Prezident İlham Əliyevin 2019-cu il 29 may tarixi Fərmanı ilə təsdiq olunmuş daxili bazar araşdırmalarının aparılmasına dövlət dəstəyinin göstərilməsi qaydaları, bu dəstək mexanizmindən hansı sahibkarlıq subyektlərinin yararlana biləcəyi, dəstək məbləğinin həcmi və müraciət qaydası barədə məlumat verilir.

Oxumeni.az