SOCAR prezidenti Gürcüstanın Baş naziri ilə görüşüb

SOCAR prezidenti Gürcüstanın Baş naziri ilə görüşüb

27 Sentyabr 2019 12:22
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanda səfərdə olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bu ölkənin Baş naziri Giorgi Qaxaria ilə görüş keçirib.

Bu barədə Oxumeni.az-a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı, SOCAR-ın bu inkişafa verdiyi töhfələr, eləcə də şirkətin Gürcüstandakı kommersiya fəaliyyətinin strateji istiqamətləri müzakirə olunub.

Oxumeni.az