Şahin Mustafayev Həsən Böyükdede ilə görüşdü
İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin Elm, Sənaye və Texnologiya nazirinin müavini Həsən Böyükdedenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Oxumeni.az-ın verdiyi məlumata görə, Şahin Mustafayev iqtisadi əlaqələrin inkişafında Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının əlverişli platforma olduğunu diqqətə çatdırıb, bu ilin sentyabrında Bakıda Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın iştirakı ilə Komissiyanın 8-ci iclasının keçirildiyini xatırladıb. Qeyd edilib ki, Komissiyanın iclasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan hərtərəfli Fəaliyyət Planının qəbul edilməsi iqtisadi-ticarət münasibətlərimizin inkişafına, yeni birgə layihələrin reallaşdırılmasına töhfə verəcəkdir.
İqtisadiyyat naziri Azərbaycanda həyata keçirilən islahatlar, ölkədə yaradılmış əlverişli biznes və investisiya mühiti, əldə olunan nailiyyətlər barədə məlumat verib.
Oxumeni.az